Duşetidə dünən canavar tərəfindən hücum edilən qadına plastik əməliyyat edildi
Duşetidə dünən canavar tərəfindən hücum edilən qadına plastik əməliyyat edildi

Duşeti rayonunda orta yaşlı bir qadına öz evinin yanında canavar hücum edib. Hadisə dünən baş verib.

Ağır yaralar alan qadın deyir ki, otlaqdan qayıdan mal-qoyun sürüsünü gözləyirdi və qəflətən canavar hücumuna məruz qaldı.

Qadın hazırda Milli Cərrahiyə Mərkəzindədir. Onun əlləri və üzü ağır xəsarət alıb. Həmçinin, belində də diş yaraları var idi.

Həkimin dediyinə görə, qadına plastik əməliyyat daxil olmaqla, bir neçə əməliyyat keçirildi.

Pasientin vəziyyəti stabildir və həyati təhlükəsi yoxdur.

“Pasientin  üzünü plastik əməliyyatla bərpa etdik, əllərinin də bərpa edəcəyik, ancaq əl hərəkətlərində bəzi çətinliklər ola bilər, çünki canavarın dişlədiyi yerlər gec bərpa olunur. Hazırda pasientin vəziyyəti stabildir” – dedi həkim İrakli Peradze.