Dünya Ticarət Təşkilatının prezidenti - "Fitch" reytinqində irəliləyiş Gürcüstanın iqtisadi tərəqqisinin etirafıdır
Dünya Ticarət Təşkilatının prezidenti - "Fitch" reytinqində irəliləyiş Gürcüstanın iqtisadi tərəqqisinin etirafıdır

Dünya Ticarət Təşkilatının prezidenti Roberto Azevado “Fitch” reytinqində irəliləyişi Gürcüstanın düzgün iqtisadi siyasəti ilə əlaqələndirir və bəyan edir ki, bu, ölkənin iqtisadi tərəqqisinin etirafıdır. Bu barədə Azevado, Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani ilə görüşdən sonra bəyan etdi.

O, David Zalkalianini ölkənin “Fitch” reytinqində irəliləyişi münasibəti ilə təbrik etdi. Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.

Onun dediyinə görə, həmçinin önəmlidir ki, Gürcüstanda əlverişli biznesmühit mövcuddur.

Elə onun dediyinə görə, Xarici İşlər naziri ilə çox yaxşı görüş baş tutdu.

Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Dünya Ticarət Təşkilatının prezidenti, Roberto Azevado ilə Cenevrədə görüşdü.