DTX - Karapila kəndinin ərazisində, işğal qüvvələri tərəfindən qeyri-qanuni borderizasiya həyata keçirilir
DTX - Karapila kəndinin ərazisində, işğal qüvvələri tərəfindən qeyri-qanuni borderizasiya həyata keçirilir

Kaspi munisipalitetinin Karapila kəndinin ərazisində işğal qüvvələri tərəfindən qeyri-qanuni borderizasiya həyata keçirilir, – bu barədə məlumatı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti yayır.

DTX-nın məlumatına görə, hadisə ilə bağlı dövlət təhlükəsizliyi xidmətinin qaynar xətti işləyir və Avropa İttifaqının Müşahidəçi Missiyasına da xəbər verilib.

İşğal edilən Sxinvali regionunda yaranan vəziyyətlə bağlı beynəlxalq təşkilatlara Gürcüstan prezidenti Salome Zurabişvili müraciət etdi.