DİN - yanvarın 7-də, Milad Bayramı ilə bağlı, Tbilisidə bir neçə küçə bağlanacaq
DİN - yanvarın 7-də, Milad Bayramı ilə bağlı, Tbilisidə bir neçə küçə bağlanacaq

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin məlumatına görə, sabah yanvarın 7-də, Milad Bayramı ilə bağlı, Tbilisidə bir neçə küçə bağlanacaq.

“Saat 11:00-dan İlk Respublika Meydanı ərazisində avtomaşınların hərəkəti məhdudlaşdırılacaq, saat 14:00-dan isə, Rustaveli prospekti, Puşkin küçəsi, Barataşvili yoxuşu, Avlabari meydanı, Mesxişvili, Qonaşvili və Samreklo küçələrində avtomaşınların hərəkəti qadağan olunacaq.

Qeyd olunan küçələrdə maşınların hərəkətini Patrul Polisinin əməkdaşları tənzim edəcəklər. Hərəkət Alilonun başa çatmasından sonra bərpa olunacaq”, – DİN-in məlumatında deyilir.