DİN fövqəladə vəziyyət rejiminin pozulmasının 69 yeni faktını aşkar etdi
DİN fövqəladə vəziyyət rejiminin pozulmasının 69 yeni faktını aşkar etdi

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, son 24 saat ərzində, hüquqmühafizəçilər tərəfindən həyata keçirilən monitorinq nəticəsində bütün ölkə miqyası ilə, fövqəladə vəziyyət rejiminin və komendant saatının pozulmasının 69 faktı aşkar edildi.

“Polis 21 may saat 21:00-dan 22 may saat 06:00-a qədər komendant saatının pozulması faktı üzrə, bütün ölkə miqyası ilə 59 vətəndaşı cərimələdi. Sərnişinlərin daşınması və avtomobillə hərəkət qaydalarının pozulması faktı üzrə səkkiz nəfər cərimələndi. Polis evdə izolasiyada qalma qaydalarının pozulmasının iki yeni faktını aşkar etdi. Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edir ki, fövqəladə vəziyyət çərçivəsində müəyyən edilmiş məhdudiyyətləri müdafiə etsinlər, əks təqdirdə qanun ilə müəyyən edilmiş tədbirlər görüləcək. Gürcüstan ərazisində olan bütün şəxs borcludur ki, fövqəladə rejimi müdafiə etsin və Gürcüstanda olan qanunvericilik tələblərinə tabe olsun.

Fövqəladə vəziyyət rejiminin pozulması inzibati məsuliyyətə cəlb olunmanı əmələ gətirir – fizi şəxs 3 000 lari, hüquqi şəxs isə, 15 min lari ilə cərimələnək”, – DİN-də bəyan edirlər.

Şərh yaz