DİN David Kirkitadzenin yaxalanması barəsində rəsmi məlumat və videokadr yayır

Polis işçisinə hücum, fiziki təhqir və əmlakın zədələnməsinə görə, hakimin hökmü əsasında, David Kirkitadze yaxalandı, – bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktoru, Vladimer Bortsvadze bəyan etdi.

Onun dediyinə görə, andiçmə mərasiminə 1800-dən artıq qonağın dəvət olunduğuna görə, polis təhlükəsizliyi maksimal olaraq gecləndirdi.

Elə onun dediyinə görə, insidentlər nəticəsində, aksiya iştirakçılarının zorakarlıq hərəkətlri ilə 10-dan artıq polis işçisi xəsarət aldı. Həmçinin Gürcüstan Daxili İşlər Nazirliyinə məxsus texnika zədələndi ki, onun da dəyəti onlarla min laridir.

David Kirkitadzenin dediyinə görə, polis onun evində səhərdən göründü.

“Səhər saat 08:00-da qapını döyürdülər. Bu vaxtı qonşunun zəngi gəldi və dedi ki, polis işçiləri idilər. Dostlarıma və jurnalistlərə zəng etdim. Tezliklə evimin ərazisini tərk etdilər. İndi qərar qəbul edəcəyik və qanuna müvafiq olaraq hərəkət edəcəyik, halbuki hakimiyyətə cavab verəcəyik. Dünən əgər kimsə zoraklıq edirdisə, bu DİN idi, heçkimə hücum etməmişik, onların elə ilk göstərişindən sonra başqa yol tərəfə getdik. Qaxariya və onun istintaqına etimad etmirəm”, – David Kirkitadze bəyan etdi.