Partlayışın baş verdiyi korpusdan eksklüziv videomaterial

Didi Diğomidə, partlayışın baş verdiyi korpusda, Birinci Kanal eksklüziv videokadrları lentə aldı. Kadrlarda korpusda durumun nə cür olduğu görünür.

Didi Diğomidə partlayış nəticəsində üç insan həlak oldu. Xəsarət alanlar var. Mövcud olan məlumata görə, beş nəfər xəsarət alıb, buradan üçü uşaqdır.

Səhiyyə nazirinin bəyan etdiyinə götə, uşaqların sağlamlıq durumu ağır deyil və onların həyatları təhlükədə deyil. Partlayışın baş verdiyi korpusdan vətəndaşların təxliyyəsi baş verdi.

Mövcud olan məlumata görə, güman edilir ki, partlayış qazın sızması nəticəsində yaşayış korpusunun altıncı mərtəbəsində baş verdi. Hadisə yerində Fövqəladə Hallar İdarəsi Xidmətinin nümayəndələri işləyirlər.