Davit Sergeenko - Mən həmişə siyasətçi deyil, həkim olmaq istəmişəm
Davit Sergeenko - Mən həmişə siyasətçi deyil, həkim olmaq istəmişəm

“Məsələyi asanlaşdırmaq cəhdi olaraq görməyin, ancaq mən hər zaman həkim olmaq istəmişəm, siyasətçi deyil” – bu bəyanatı Səhiyyə Naziri Davit Sergeenko jurnalistlərə parlamentdə verdi.

Onun Səhiyyə Naziri vəzifəsində qalıb-qalmayacağı haqında suala Sergeenko cavab verdi ki, bu haqda məsləhətləşmələr davam edir.

“Bu məsləhətləşmələrə mən də qoşulmuşam, ancaq onu da dərk edirəm ki, hər şeyin öz qaydası var və yeni baş nazirə öz sözünü demək imkanı verilməlidir” – dedi Davit Sergeenko.

Xatırladaq ki, bugün Gürcüstan parlamenti nazirlər kabinetinin namizədlərini dinləyir.