David Zalkaliani Almaniya, Fransa və Britaniyanın səfirləri ilə görüşdü
David Zalkaliani Almaniya, Fransa və Britaniyanın səfirləri ilə görüşdü

Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Xarici İşlər Nazirliyində Almaniyanın fövqəladə və səlahiyyətli səfiri, Hubert Knirş, Fransanın fövqəladə və səlahiyyətli səfiri, Dieqo Kolas və Böyük Britaniyanın fövqəladə və səlahiyyətli səfiri, Bencamin Lakoku qəbul etdi.

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə pandemiya ilə mübarizə mövzusu müzakirə olundu. O cümlədən birgə cəhdlərin gücləndirilməsinə xüsusi diqqət yetirildi.

Söhbət zamanı həmçinin müxtəlif beynəlxalq təşkilatları çərçivəsində əməkdaşlıq və beynəlxalq gündəm məsələlərinə toxunuldu.

Şərh yaz