Dariali Dərəsində iki kilometrə qədər uzunluqda tunel açıldı (video)

Avtomobil Yolları Departamentinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi avtomobil yolunun km 132 – km 135 hissəsində təxminən iki kilometrlik tunelin tikintisi başa çatdı.

Yeni tuneli, Gürcüstanın bölgə inkişaf və infrastruktur nazirinin birinci müavini, Avtomobil Yolları Departamentinin sədri İrakli Karseladze, Msxeta-Mtianetinin majoritar deputatı Zakariya Kutsnaşvili, Msxeta-Mtianetinin qubernatoru Şalva Kereselidze və yerli özünüidarəetmə nümayəndələri açdılar.

1,7 kilometrlik yeni tunel Dariali və Devdoraki dərələrinin birləşməsi yerində tikildi.

Layihə dövlət büdcəsindən maliyyələşdirildi və onun müqavilə dəyəri 51 892 174.44 laridir. Tikinti işləri 2017-ci ilin may ayında başladı və 2018-ci ilin avqust ayında başa çatdı.

 

Layihə çərçivəsində 140 insan işlə təmin olunmuşdu.