Danimarka, İsveçrə və Norveçdən gələnlər üçün qadağalar tətbiq olunacaq
Danimarka, İsveçrə və Norveçdən gələnlər üçün qadağalar tətbiq olunacaq

Danimarka, İsveçrə və Norveçdən gələnlər üçün qadağalar tətbiq olunacaq.

Qurumlararası Koordinasiya Şurası sərhəddə daha bir məhdudiyyətin tətbiqi ilə bağlı qərar qəbul edib.

Konkret olaraq desək, Şuranın bugünkü iclasında verilən qərara əsasən, əlavə məhdudiyyətlər İsveçrə, Norveç və Danimarkadan gələnlərə tətbiq olunacaq.

Sözü gedən ölkələrdən Gürcüstana gələn şəxslər:

1.Gəldikləri ölkənin müvafiq laboratoriyası tərəfindən Koronavirus(Covid-19) ilə bağlı(Polimeraz Zəncirinin Reaksiyası(PCR)-ın) yoxlamalarına dair müvafiq arayış təqdim etməlidirlər. Tranzit səyahət halında isə,tranzit ölkənin müvafiq laboratoriyası tərəfindən verilən arayışı təqdim etməlidirlər.

2.PCR –ilə bağlı arayışın təqdim olunmaması halında isə, müvafiq epidemioloji yoxlamadan keçməli və daha sonra,İşğal altındakı ərazilərdən Qaçqınların,Əmək,Səhiyyə və Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin olunmuş qaydalar əsasında 14 günlük icbari karantin prosedurlarından keçməlidirlər.

Qeyd etmək lazımdır ki, indiyə qədər Çin, Cənubi Koreya, İran, İtaliya, Almaniya, Fransa, İspaniya və Avstriyadan gələnlər üçün məhdudiyyətlər qoyulub. Bundan əlavə, üç ölkənin baş nazirlərinin qərarı əsasında, martın 14-dən etibarən 10 gün ərzində Gürcüstan –Azərbaycan və Gürcüstan-Ermənistan arasında vətəndaşların hərəkəti müvəqqəti dayandırılıb və vətənlərinə geri qayıtmaq istəyənlərin heç bir məhdudiyyət olmadan qayıtmaları təmin olunacaq. Məhdudiyyətlər yük daşımalara şamil olunmur.

 

Müəllif – Sevinc Mustafayeva