Daxili İşlər Nazirliyi narkotik satıcılarını həbs edib (video)

Gürcüstan Daxili İşlər Nazirliyi narkotik satıcılarını yaxaladı.

Bu gün keçirilən brifinqdə Mərkəzi Kriminal Polisi Departamentinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin baş idarəsinin rəisi, Mamuka Çelidzenin bəyan etdiyinə görə, DİN-in prioritetlərindən biri narkotik vasitələrinin alınması-saxlaması və sırımasına qarşı fəal mübarizədir.

Elə onun dediyinə görə, Mərkəzi Kriminal Polisi Departamentinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin baş idarəsinin əməkdaşları, Marneuli və Poniçalada eyni vaxtda keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində, 7 narkotik satıcısını yaxaladılar. Yaxalanıblar: 1967-ci il təvəllüdlü P.N., 1984-cü il təvəllüdlü E.İ., 1983-cü il təvəllüdlü E.İ., 1975-ci il təvəllüdlü İ.S., 1991-ci il təvəllüdlü A.İ. və 1990-cu il təvəllüdlü R.A.

Mamuka Çelidzenin bəyan etdiyinə görə, cinayət 8-dən 20-ə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaq müəyyən etdi ki, ittiham olunanlar narkotik vasitələrini müntəzəm olaraq satırdılar. Polis onlar tərəfindən satılmış narkotik vasitələrini dəlil olaraq götürdü.

İstintaq özəlliklə böyük miqdarda narkotik vasitəsinin alınması-saxlaması və sırıması faktı üzrə, Gürcüstan CM-nin 260-cı maddəsinin 4-cü və 6-cı hissələri ilə aparılır.