Daxili İşlər Nazirliyi dekabrın 20-də Qurcaanidə planlaşdırılan aksiya ilə bağlı bəyanat yayır
Daxili İşlər Nazirliyi dekabrın 20-də Qurcaanidə planlaşdırılan aksiya ilə bağlı bəyanat yayır

Daxili İşlər Nazirliyi dekabrın 20-də Qurcaanidə planlaşdırılan etiraz aksiyasında yığılan insanların söz azadlığını  və təhlükəsizliyini qoruyacaq və həmçinin, ictimai asayiş qaydalarının qorunması üçün gərəkən tədbirləri görəcək, – bu barədə Daxili İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir.

Daxili İşlər Nazirliyi aksiya təşkilatçılarını və iştirakçılarını polisin qanuni tələblərinə riayət etməyə və dövlət institularınına hörmət etməyə çağırır.

Xatırladaq ki, “Milli Hərəkat” partiyasının nümayəndələri dekabrın 20-də Kaxetidə etiraz aksiyasını keçirməyi planlaşdırırlar.