Çindən gələn Gürcüstanın 34 vətəndaşı yenə də Saçxere Tibb Mərkəzi nəzdində olan mehmanxanada qalmaqdadır
Çindən gələn Gürcüstanın 34 vətəndaşı yenə də Saçxere Tibb Mərkəzi nəzdində olan mehmanxanada qalmaqdadır

Çindən gələn Gürcüstanın 34 vətəndaşı yenə də Saçxere Tibb Mərkəzi nəzdində olan mehmanxanada qalmaqdadır.

Həkimlərin dediyinə görə, onların hamısı daimi müşahidə altındadır.

Xəstəxananın tibbi meneceri, Maya Suladzenin dediyinə görə, iki pasientdə dünən 37 dərəcə temperatur qeydə alındı, lakin bu günki göstricilərlə onların hamısında müəyyənləşdirilmiş temperatur qeydə alınır.

21 fevralda dövlətin yardımı ilə, müxtəlif səbəblərə görə vətənə qayıda bilməyən, Çində yaşayan Gürcüstan vətəndaşlarını xüsusi reyslə Gürcüstana gətirdilər. Tbilisi Beynəlxalq Aeroportunda Gürcüstan vətəndaşlarını həkimlərdən ibarət qrup qarşıladı. Yoxlama nəticəsində onların heç birində koronavirus simptomları aşkar edilmədi. Mehmanxanada yerləşdirilən vətəndaşları iki həftə ərzində müşahidə edəcəklər.