Bu gündən Gürcüstanın Birinci Kanalında erməni və azərbaycan dilli məktəb şagirdləri üçün onlayn olimpiada başlayır
Bu gündən Gürcüstanın Birinci Kanalında erməni və azərbaycan dilli məktəb şagirdləri üçün onlayn olimpiada başlayır. Olimpiadada qeyri-gürcü dilli məktəbin yeddinci sinif şagirdləri iştirak edə bilərlər. İştirak arzusunda olduğunu artıq 200 iştirakçı ifadə etdi və buradan bir neçə ərizə seçildi. Layihənin məqsədi milli azlıq nümayəndələrinin yaşadığı bölgədə gürcü dilinin populyarlaşdırlmasıdır.
“Bizim Gürcü Dilimiz” Gürcüstanın Birinci Kanalının gürcü dilinin populyarlaşdırlması məqsədini güdən layihəsidir. Layihə çərçivəsində bir neçə fəallıq planlaşdırılıb. Layihənin hissələrindən biri Gürcüstanın bölgələrində qeyri-gürcü dilli məktəbləri üçün gürcü dili olimpiadasının keçirilməsidir. Bu il layihə Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə həyata keçirilir. Bu il onlayn olimpiadada qeyri-gürcü dilli məktəbin yeddinci sinif şagirdləri iştirak edə bilərlər. Layihənin hər bir iştirakçısına iştirak etdiklərini təsdiq edən sertifikatlar veriləcək. Üç iştirakçı isə, mükafatlandırılacaq. Həmçinin qalib şagirdlərin gürcü dili və ədəbiyyatı müəllimləri mükafatlandırılacaqlar.
Layihənin feysbuk səhifəsində vaxtaşırı viktorinalar keçiriləcək. Verilən suala düzgün cavab verildiyi təqdirdə, qeyri-gürcü dilli məktəb şagirdləri həvəsləndirici hədiyyələr qazanacaqlar.
Bununla yanaşı, Gürcüstanın Birinci Kanalı – Təhsil efirində, “Teleskolada” (tele məktəb) azərbaycan və erməni dilli məktəblərin şagirdləri üçün gürcü dili dərsləri artıq bir neçə həftədir ki, keçirilir.