Böyük Britaniyada koronavirus ilə son 24 saat ərzində 621 insan həlak oldu
Böyük Britaniyada koronavirus ilə son 24 saat ərzində 621 insan həlak oldu

Böyük Britaniyada koronavirus ilə son 24 saat ərzində 621 insan həlak oldu. Cəmi həlak olanların sayı 4 934-ü təşkil edir. Bu barədə məlumatı “BBC” yayır.

Ölkənin səhiyyə idarəsinin məlumatına görə, qurbanların ümumi sayından 4 494 nəfəri İngiltərədə həlak oldu.

Son 24 saat ərzində Birləşmiş Krallıqda koronavirus 5 903 insanda təsdiq olundu. Beləliklə virusa yoluxanların sayı 47 806 halı təşkil etdi.