"Black Sea Arena"-da avqustun 6-da Cessi Ceyin konserti keçiriləcək
"Black Sea Arena"-da avqustun 6-da Cessi Ceyin konserti keçiriləcək

Tanınmış Britaniyalı müğənni Cessi Cey (Jessie J) Gürcüstana gələcək və avqustun 6-da “Black Sea Arena”-da konsert keçirəcək.

Cessi Cey dünya miqyası ilə 3 milyon albom və 20 milyon sinql satıbdır.

Cessi Cey bu il dünya üzrə səyahət edir və dinləyiciyə, köhnə, eləcə də yeni mahnılarını təqdim edir. “Black Sea Arena”-da da o, bu proqram ilə təqdim olunacaq.

Biletlərin satışları sabahdan, mayın 8-dən saat 20:00-dan TKT.ge və Eventer.ge saytlarında başlayacaq.