Bidzina İvanişvili - Sğaltubonun dirçəlişi layihəsinə başlayırıq
Bidzina İvanişvili - Sğaltubonun dirçəlişi layihəsinə başlayırıq

Bidzina İvanişvili Sğaltubonun dirçəlişi layihəsinə başlayır. Müvafiq bəyanatı o, bu gün yaydı:

“Gürcü əcdadlarmızdan bizə nadir ölkə nəsib oldu – böyük tarixlə, çoxəsrlik mədəniyyət və möhtəşəm təbiəti ilə. Ölkəmizdə dağın, dənizin, mineral suların və qumun da canlandırıcı enerjisi var. Lakin tamamilə fərqli olan yerlər var ki, öz potensialı ilə böyük cəlbediciliyi yarada bilər. Məhz Sğaltubo bu cürdür – nadir müalicəvi, reabilitasiya və turist potensialı ilə.

Müstəqilliyin əldə edilməsindən elə ilk illərdən sonra, Sğaltubonun tibbi və turist infrastrukturu praktiki olaraq məhv oldu. 22 sanatorium və 9 balneoloji hamamları olan kurort bu gün yalnız bir mehmanxana ilə fəaliyyət göstərir. Kurortun bərpasını artıq neçə ildir ki, nə dövlət nə də biznes bacara bilmədi.

Hazırda dövlətin Sğaltubonun tammiqyaslı reabilitasiyası üçün resursunun olmadığına görə, Sğaltubonun dirçəlişi layihsinə şəxsən rəhbərlik edəcəm. Qərar verdim ki, öz vəsaitlərimlə kurort infrastrukturunu beynəlxalq standartlarla bərpa edim.

Sğaltubonun bütün potensialı var ki, bölgənin sağlamlıq və turizm paytaxtı olsun və mütləq olacaq.

Qərar verdim ki, hər 22 mehmanxananı və 9 hamamı satın alım və onların hamısını bərpa edim.

Sözsüz ki, Sğaltubonun inkişafı ilə yalnız İmereti deyil, halbuki Raça-Leçxumi, Sameqrelo, Zemo Svaneti yararlanacaq.

İctimaiyyət üçün məlumdur ki, “Kartu” fondu dövlətin mədəni irs abidəsinin və turist obyektlərinin bərpasına illər ərzində yardım edir.

Sğaltuboya yaxın iki iqtisadi zona, aeroport yerləşir, kənd təsərrüfatı habın tikintisi planlaşdırılıb ki, bu da biznes və turistlərin cəlb olunmasına imkanlar yaradacaq.

Sanatoriumun bərpası ən azından səkkiz min insanı işlə təmin edəcək. Bunların bərpası nəticəsində ildə orta olaraq 800 000 turistin qəbul edilməsi mümkün olacaq.