Bidzina İvanişvili deputatların kiçik qrupları ilə görüşləri, bu gündən davam etdirəcək
Bidzina İvanişvili deputatların kiçik qrupları ilə görüşləri, bu gündən davam etdirəcək

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının lideri, Bidzina İvanişvili deputatların kiçik qrupları ilə görüşləri, bu gündən davam etdirəcək. Bu barədə məlumatı partiyanın mətbuat xidməti yayır.

Parlament çoxluğunun üzvü, Quram Maçavarianinin dediyinə görə, partiya sədri ilə müxtəlif formatlı görüşlər, buna qədər də keçirilirdi və bu təbii prosesdir.

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının lideri bənzər formatlı görüşü, Parlament çoxluğunun deputatları qrupları ilə fevralın 22-də keçirdi.