Batumidə Təhsil və elm şəhəri tikiləcək
Batumidə Təhsil və elm şəhəri tikiləcək

Baş nazir Mamuka Baxtadzenin təşəbbüsü ilə, Batumidə təhsil və elm şəhəri tikiləcək.

Layihənin təqdimatı bugün Batumidə keçirildi, hansında Gürcüstanın baş naziri Mamuka Baxtadze nitqlə çıxış etdi.

Baş nazir tikilməsi planlaşdırılan təhsil məkanının əhəmiyyəti haqqında danışdı və yenə bir daha təhsil sisteminin islahatına diqqət yetirdi.

Onun dediyinə görə, təhsil və elm şəhərində Komarov məktəbi, birgə yaşam evi, professiyonal təhsil mərkəzi, ən müasir laboratoriyalar, idman meydanları və rekreasiya məkanı yerləşəcək.

Mamuka Baxtadze qeyd etdi ki, təhsil və elm şəhərciyi layihəsinin Batumidə həyata keçirilməsi xüsusi ilə sevindiricidir.