Batumi və Kobuletidə koronavirus üzrə testləşdirmə üçün çadırlar quruldu
Batumi və Kobuletidə koronavirus üzrə testləşdirmə üçün çadırlar quruldu

Batumi bulvarında koronavirus üzrə pulsuz testləşdirmə üçün çadırlar artıq quruldu və mütəxəsisslər ilk nümunələri də götürdülər. Cavablar analizin götürülməsindən 24 saat ərzində bəlli olacaq.

Kurort mövsümündə Acara sahilində istənilən arzusunda olan şəxsin imkanı olacaq ki, koronavirus üzrə “PCR” yoxlamadan keçsin.

Acara Səhiyyə naziri, Nino Nijaradzenin bəyan etdiyinə görə, testləşdirmə tamamilə təmannasız olacaq və çadırların fəaliyyət göstərməsi müddəti turist axınının müddətindən asılı olacaq.