Baş nazirin rəhbərliyi ilə idarələrarası koordinasiya şurası iclası keçirildi
Baş nazirin rəhbərliyi ilə idarələrarası koordinasiya şurası iclası keçirildi

Gürcüstanın baş naziri, Giorgi Qaxariyanın rəhbərliyi ilə idarələrarası koordinasiya şurası iclası keçirildi.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, şura üzvləri video konfrans formatında məhdudiyyətlərin aradan qaldırılması prosesini və bu prosesin ümumi epidemioloji duruma mümkün təsirini müzakirə etdilər.

“Qeyd olundu ki, Marneulidə bu gündən sərt karantin rejimi ləğv olundu, lakin fövqəladə vəziyyət ilə nəzərdə tutumuş başqa məhdudiyyətlər qüvvədə qalır.

Hökumətin qərarı ilə, bu gündən, Səhiyyə Nazirliyi tərəfindən təyin edilmiş qayda və standartların müdafiəsi ilə, gözəllik salonları və estetik mərkəzləri açılır, həmçinin 3-dən artıq insanın toplaşması barəsində məhdudiyytlər aradan qaldırıldı. Lakin 10-dan artıq insanın toplaşması məhdudiyyəti qüvvədə qalır”, – baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.

Bununla yanaşı, məlumatda deyilir ki, avtonəqliyyat ilə 3-dən artıq insanın hərəkət etməsi məhdudiyyəti qüvvədə qalır. Sərnişinlər sürücünün arxa tərəfində oturmalıdırlar.

Ölkə miqyası ilə epimeioloji duruma gəldikdə, bu günki göstəricilərlə, Gürcüstanda koronavirusun 701 təsdiq olunmuş halı var, buradan 432 pasiyent artıq sağalıb. Xaricdən müalicə üçün Gürcüstanın üç vətəndaşı gətirilib. 12 pasiyent həlak olub.

Bu mərhələdə karantində 3 787, satasionarda müşahidə altında 337 vətəndaşdır.