Barnov küçəsində törədilən qətldə ittiham olunanın əfv edilməsi barəsində prezident bəyanat verəcək
Barnov küçəsində törədilən qətldə ittiham olunanın əfv edilməsi barəsində prezident bəyanat verəcək

Gürcüstan prezidenti və Əfv Kommisiyasının sədri bu gün fövqəladə bəyanat verəcəklər, – bu barədə Birinci Kanala Prezident Administrasiyasından bildirdilər.

Mətbuat Xidmətinin məlumatına görə, bəyanat Barnov küçəsində baş verən qətlə aid olacaq. Qətldə ittiham olunan V.B. cəzasını ailə zoraklığına görə çəkirdi və DİN-in məlumatına görə, həbsxanananı prezidentin əfvi ilə bir neçə ay bunan əvvəl tərk etdi.

Qətl Tbilisidə, Barnov küçəsində aprelin 13-də baş verdi. Keçmiş atalığı gənc qadına, azyaşlı uşaqları gözü önündə, boğaz nahiyyəsinə ölümcül zərbə yetirdi.

Daxili İşlər Nazirliyi gənc qadının qətlində ittiham olunanı aprelin 14-də yaxaladı. Yaxalanın ittihamı dünən ağırlaşdırıldı. Bu gün isə, Prokurorluq qətimkan tədbirinin seçilməsi barəsində məhkəməyə müraciət edəcək.

Vepxiya Bakradzeni, ittihamın təsdiq olunduğu təqdirində, 16-dan 20-dək, və ya ömürlük həbs cəzası gözləyir

İnsidentə qədər bir neçə saat əvvəl, Tako Qamrekelaşvili anası ilə birlikdə, atalığı tərəfindən hədə və təziq barəsində polisə ərizə daxil etdi.

DİN-in məlumatına görə, qətldə ittiham olunan, ailə zoraklığına görə əvvələr mühakimə olunub və həbsxanananı prezidentin əfvi ilə bir neçə ay bunan əvvəl tərk edib.