Azərbaycanda vaxtından əvvəl Parlament seçkilərindən sonra nə dəyişəcək - "Qafqaz Siyasi Analiz Mərkəzinin" azərbaycanlı tədqiqatçısı, Əhməd Əlili ilə müsahibə
Azərbaycanda vaxtından əvvəl Parlament seçkilərindən sonra nə dəyişəcək - "Qafqaz Siyasi Analiz Mərkəzinin" azərbaycanlı tədqiqatçısı, Əhməd Əlili ilə müsahibə

Azərbaycanda vaxtından əvvəl Parlament seçkilərində, gözlənildiyi kimi, hakim partiya qələbə qazandı. Mövcud olan nəticələrə əsasən “Yeni Azərbaycan” partiyasının 125 yerlik Milli Məclisdə ən azından 70 deputatı olacaq. Qanunvericilik orqanına 40 müstəqil deputat da düşəcək.

9 fevral vaxtından əvvəl Parlament seçkilərinə ATƏT və AŞPA müşahidəçilər missiyaları kritik dəyərləndirmə verdilər.

Müxalif Respublika Alternativ Partiyası isə, ədalətli seçkilər tələbi ilə, aksiyanın keçirilməsi təşəbüsü ilə çıxış edir. Aksiya bu gün keçirilməlidir.

Azərbaycanda ilk vaxtından əvvəl Parlament seçkiləri barəsində “Qafqaz Siyasi Analiz Mərkəzinin” azərbaycanlı tədqiqatçısı, Əhməd Əlili ilə söhbət etdik.

9 fevralda Azərbaycanda keçirilən vaxtından əvvəl Parlament seçkilərinin gətirdiyi əsas yenilik nədir?

– İlk növbədə qeyd etməliyik ki, biz seçkilərin ilkin nəticələri barəsində danışırıq, çünki Mərkəzi Seçki Komissiyasının yekunlaşdırıcı protokolu hələ təsdiq olunmayıb. Bu mərhələdə, bir neçə dairədə nəticələr mübahisəlidir. 10 fevralda bir çox namizəd qələbəsini vaxtından əvvəl qeyd etdi. Sonra isə, məlum oldu ki, dörd dairənin nəticəsi ləğv olundu. Biz gösləyirik ki, Mərkəzi Seçki Komissiyası daha 10 dairədə nəticələri ləğv etməli olacaq. Ötən il başlayan dəyişikliklər, məncə hələ də davam edir. Müxalif partiyalar bəyan etdilər ki, etiraz aksiyalarını keçirəcəklər. Bununla yanaşı, bir çox namizəd, səsvermə zamanı pozuntuları əks etdirən video materialı Mərkəzi Seçki Komissiyasına təqdim etdi. Bu namizədlər insidentin hamısının ədalətli istintaqını tələb edirlər. Qeyd olunasıdır ki, bu il gənc namizədlər nəinki hakim partiyada, həmçinin müxalifətdə də təmsil olunşmudur. Gənclər öz səsləri uğrunda qanuni yolla mübarizəyə hazırdılar.

Bu son 6 il ərzində Azərbaycanda olan əsas dəyişiklikdir. Biz gördük ki, bu gənclər səsvermə günü pozuntuları əks etdirən video materialları topladılar və  Mərkəzi Seçki Komissiyasına təqdim etdilər. Bu Azərbaycan üçün yeniliyi təşkil edir. Çünki 90-cı illərdən sonra bənzər hal baş verməyib. Bu da maraqlıdır ki, son bir il ərzində 90-cı illərdən seçicinin xatırladığı tanınmış və nüfuzlu siyasətçilər siyasətdən getdilər. Bu göstərir ki, siyasi spektrin yeniləşmə prossi başlayıb. Müxalifət də dəyişir. Parlamentdə yeni növ müxalifəti görürük.

Siz etiraz aksiyası dediniz, necə düşünürsünüz, ictimaiyyətdə etiraz ilhamı mövcuddurmu?

– Bu çox maraqlı sualdır. İlk növbədə qeyd olunasıdır ki, Müxalif Respublika Alternativ Partiyası etiraz aksiyaları ilə seçilmir. Onların bənzər nüfuzları yoxudur. Mənim fikrimcə onlar önəmli etiraz dalğasını qaldıra bilməzlər. Müxalif Respublika Alternativ Partiyasının lideri, İlqar Məmmədovun sosial şəbəkə ilə yaydığı bəyanatını xatırlamaq istəyirəm. Onların özləri də şübhə qaçırırlar ki, etiraz aksiyasına xalqı çıxara biləcəklər. Mütləq deməliyik ki, Azərbaycanda bu gün ziyalılar qrupu var ki, ATƏT və AŞPA müşahidəçilər missiyalarının tələb etdiyi kimi, onlar da səslərin hesablanması prosesinin daha şəffaf olmasını istəyirlər. Lakin vətəndaşlar üçün məlumatın çatdrılması və xalqın səfərbərliyi problemi təşkil edir.

Hakim partiyanın, müxalifətdən fərqli olaraq xalq ilə əlaqənin təcrübəsi və daha artıq resursu var. Məhz elə buna görə, müxalifətin özü də şübhə qaçırır ki, aksiyaya milləti toplaya biləcək ya yox. Əgər aksiya Bakının mərkəzində keçirilsə, xalqın səfərbərliyinin daha artıq şansı var. Lakin, öncəki illərdə olduğu kimi, əgər hakimiyyət aksiyanın mərkəzdən kənarda keçirilməsini tələb etsə, şübhə edirəm ki, çoxsaylı aksiyanın keçirilməsi mümkün olsun.

Parlament seçkilərinin nəticələri Azərbaycanın xarici siyasətində necə əks olunacaq?

– Azərbaycan Milli Məclisinin yeni tərkibi radikal olaraq fərqli mühitdə işə başlayır. Bildiyiniz kimi, 2020-ci il ABŞ tərəfindən nüfuzlu İran generalı, Qasım Süleymaninin ləğvinin önəmli hadisəsi ilə başladı. Buna görə, aydındır ki, növbəti 5-6 il ərzində bölgəmiz “qaynar nöqtə” olacaq. Parlament və hökumət təhlükəsizlik sahəsində əhəmiyyətli çağırışlarla mübarizə aparmalı olacaq. Son illərdə, Azrəbaycan prezidenti və onun məsləhətçiləri dərk edirlər ki, bölgədə durum dəyişir. Buna Azrəbaycan, Gürcüstan və Ermənistan nəzarət edə bilməz. Buna görə, durumun analizi, nəzərə alınması və fəaliyyətin davam etdirilməsi önəmlidir. Azərbaycanın Avropa ilə yaxınlaşmasına gəldikdə, siyasətçilərin əksəriyyəti əsas arqument olaraq, seçkilərdə çox sayda gəncin iştirakını göstərir. Onlar təhsillərini Avropa və ABŞ-da alıblar və buna görə qərb ilə sıx əlaqələri olacaq.

Parlament seçkilərinin ilkin nəticələri ilə görünür ki, Milli Məclisə bir çox köhnə siyasətçi də düşəcək, o zaman vaxtından əvvəl seçkilər nəyə lazım idi?

– Gördük ki, seçkilərdən sonra Parlamentə 40 yeni deputat düşdü. Buna dörd dairədə ləğv olunan nəticələri əlavə etməliyik. Daha on dairədə güman edildiyinə görə, eyni hadisə olacaq. 40 deputat önəmli rəqəmdir. Eyni zamanda İlham Əliyev bəyan etdi ki, seçki prosesində qanunu pozan cəzalandırılacaq. Əliyev siyasi spektrin yeniləşdirilməsini istəyir və bu dəyişikliklər davam edəcək.