Azərbaycanda son 24 saat ərzində koronavirusun 547 halı aşkar edildi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 547 halı aşkar edildi

Azərbaycanda son 24 saat ərzində “COVID-19” virusunun 547 halı aşkar edildi. Son bir gün ərzində virus nəticəsində altı insan vəfat etdi, 291 pasiyent isə, sağaldı. Məlumatı “İnterfax Azərbaycan” yayır.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19” virusunun 14 852 halı aşkar edilib, 180 pasiyent vəfat edib.