Azərbaycanda koronavirusun 840 yeni halı qeydə alındı
Azərbaycanda koronavirusun 840 yeni halı qeydə alındı

Azərbaycanda son 24 saat ərzində koronavirusun 840 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 268 pasiyent müalicə olunaraq sağaldı, doqquz pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 242 491 təsdiq olunmuş halı aşkar edilib, 231 638 pasiyent müalicə olunaraq sağalıb, 3 307 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 7 546 pasiyent müalicəsini davam etdirir.