Azərbaycanda koronavirusun 2 077 yeni halı qeydə alındı, 33 pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 2 077 yeni halı qeydə alındı, 33 pasiyent vəfat etdi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 2 077 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 3 725 pasiyent müalicə olunaraq sağaldı, 33 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 463 326 təsdiq olunmuş halı aşkar edilib, 416 194 pasiyent müalicə olunaraq sağalıb, 6 167 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 40 965 pasiyent müalicəsini davam etdirir.