Avropa İttifaqı Türkiyə ilə yüksək səviyyəli dialoqu dayandırdı
Avropa İttifaqı Türkiyə ilə yüksək səviyyəli dialoqu dayandırdı

Avropa İttifaqı Türkiyəyə qarşı məhdudiyyətləri razılaşdırdı. Avropa Şurası tərəfindən yayılan bəyanatda qeyd olunduğu kimi, Kiprdə Türkiyənin qeyrileqal qazıntı işlərinə görə, şura qərar qəbul etdi ki, hava nəqliyyatı razılaşması danışıqlarını dayandırsın.

Bundan başqa, Avropa İttifaqı Ankara ilə assosiyasiya görüşünü, həmçinin Avropa İttifaqı-Türkiyənin yüksək səviyyəli dialoq çərçivəsində başqa görüşlərini ləğv etdi. Avropa İttifaqı Şurası, Avropa Komissiyasının, Türkiyə üçün 2020-ci ildə nəzərdə tutulmuş yardımın azaldılması barəsində təklifini dəstəklədi. Həmçinin Avropa Sərmayə Bankını, Türkiyədə öz kredit fəaliyyətinə yenidən baxmasına çağırdı.

Avropa İttifaqı Şurası, Avropa Komissiyasına müraciət edir ki, əgər Türkiyə öz qanunsuz fəaliyyətini davam etdirərsə, Türkiyəyə qarşı sanksiyaların işlənib hazırlanmasını davam etdirsin.

Şərh yaz