AŞPA monitorinqinin məruzəçiləri Gürcüstanda maraqlı tərəflərə iqtidar tərəfindən təklif olunan seçki sisteminin dəyişikliklərini qəbul etmələri üçün müraciət edirlər
AŞPA monitorinqinin məruzəçiləri Gürcüstanda maraqlı tərəflərə iqtidar tərəfindən təklif olunan seçki sisteminin dəyişikliklərini qəbul etmələri üçün müraciət edirlər

AŞPA-nın monitorinqinin məruzəçiləri Titus Korlatin (Rumıniya) və Klod Kern (Fransa), Gürcüstanda maraqlı tərəflərə iqtidar tərəfindən təklif olunan sıfır faizlik seçki baryeri ilə bağlı yeni seçki sisteminin dəyişikliklərini qəbul etmələri üçün müraciət edirlər.

Bu barədə Avropa Şurasının Gürcüstandaki ofisi tərəfindən yayılan bəyanatında deyilir.

“Bütün tərəflərə müraciət edirik ki, iqtidar tərəfindən təklif olunan sıfır faizlik seçki baryeri ilə bağlı seçki sisteminin dəyişikliklərini qəbul etsinlər. Biz inanırıq ki, bu məsələ ilə bağlı, bu səfər tarix təkrarlanmayacaq” – deyilir bəyanatda.

Bəyanatın müəllifləri sentyabr ayında Gürcüstana gəlməyi də planlaşdırırlar.