AŞPA Gürcüstanın Parlament seçkilərini müşahidə edəcək
AŞPA Gürcüstanın Parlament seçkilərini müşahidə edəcək

Avropa Şurası Parlament Assambleyası Gürcüstanın Parlament seçkilərini müşahidə edəcək. Bu barədə Avropa Şurası Parlament Assambleyasının rəsmi veb-səhifəsində deyilir.

“Hollandiyalı deputat, Tonikoksun rəhbərlik etdiyi doqquz üzvədən ibarət nümayəndə heyəti Gürcüstana 29 oktyabrda yollanacaq və bir noyabra qədər Parlament seçkilərini müşahidə edəcək. Onlar seçkilərə ATƏT-in Parlament Assamleyası, NATO-nun Parlament Assamleyası və ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları ofisi üzvləri ilə birlikdə izləyəcəklər. 31 oktyabra qədər Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti üzvlərinin siyasi partiyalar nümayəndələri, Mərkəzi Seçki Komissiyasının sədri və media nümayənələri ilə görüşləri planlaşdırılıb”, – bəyanatda deyilir.

Elə onların məlumatına görə, müşahidəçilər mətbuat konfranslarını bir noyabrdan keçirəcəklər.