Asiya İnfrastruktur Sərmayə Bankı Gürcüstana "COVID-19"-a qarşı mübarizə üçün 91 mln avro ayırdı
Asiya İnfrastruktur Sərmayə Bankı Gürcüstana "COVID-19"-a qarşı mübarizə üçün 91 mln avro ayırdı

Gürcüstan və Asiya İnfrastruktur Sərmayə Bankı (AIIB) arasında bu gün “COVID-19”-a qarşı təcili münasibət layihəsi üzrə borc razılaşmasına imza atıldı.

Sənədə Maliyyə naziri, İvane Maçavariani və Asiya İnfrastruktur Sərmayə Bankının vitse-prezidenti, Konstantin Limitovski imza atdılar.

Gürcüstan Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Asiya İnfrastruktur Sərmayə Bankı tərəfindən ayrılan maliyyə resursu, Dünya Bankı ilə mayın birində imzalanan müqavilənin hissəsidir.

İdarə açıqlayır ki, büdcə dəstəyinin həcmi 91 340 000 avronu təşkil edir və onun məqsədi Gürcüstanda “COVID-19”-un pandemiyası ilə əmələ gələn təhlükəsizliyin başdan rədd edilməsi, aşkar edilməsi, ona münasibətin bildirilməsi və ictimai sağlamlıq sistemlərinin gücləndirilməsidir.

Layihəni Gürcüstan Səhiyyə Nazirliyi həyata keçirəcək.