Arçil Talakvadze Şida Kartlidə, Kvemo Çala kəndində Zaza Qaxeladzenin ailə üzvləri ilə görüşdü
Arçil Talakvadze Şida Kartlidə, Kvemo Çala kəndində Zaza Qaxeladzenin ailə üzvləri ilə görüşdü

Gürcüstan Parlamentinin sədri, Arçil Talakvadze Şida Kartlidə, Kvemo Çala kəndində işğal olunmuş Sxinvalinin defakto hakimiyyəti tərəfindən qanunsuz yaxalanan Gürcüstan vətəndaşı, Zaza Qaxeladzenin ailəsində idi.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, Arçil Talakvadze Zaza Qaxeladzenin ailəsinə Parlamentin adından dəstəyini ifadə etdi. Parlamentin sədri bəyan etdi ki, Gürcüstan hakimiyyəti əlindən gələni edir və qanunsuz yaxalanan həmvətəndaşlıının azad olunması üçün, əlində olan bütün berketlərdən istifadə edir.

Öz növbəsində, Zaza Qaxeladzenin ailə üzvləri ümidlərini ifadə etdilər ki, hakimiyyətin cəhdləri nəticəsini verəcək və Zaza Qaxeladze tezliklə azad olunacaq.

Parlamentin sədri, Zaza Qaxeladzenin ailə üzvlərini Qori və Kaspi majoritar deputatı Giorgi Xocevanişvili, qubernator yerli özünüidarəetmə nümayəndələri ilə birlikdə ziyarət etdi.

Şərh yaz