Arçil Talakvadze - bizim əsas məqsədimiz komandanın birliyinin güclənməsidir
Arçil Talakvadze - bizim əsas məqsədimiz komandanın birliyinin güclənməsidir

Parlament çoxluğunun lideri, Arçil Talakvadze Parlament çoxluğunun iclasının nə vaxt keçirilməsini konkretləşdirmir.

Onun dediyinə görə, məsələ üzrə artıq məsləhətləşmələr aparılır.

“Partiya daxilində məsləhətləşmələr artıq aparılır və çoxluğun iclası daxili partiya məsləhətləşmələrinin bir növ cəmləşdirməsi olacaq. Parlamenti sədri, mən və çoxluğun liderləri hər şeyi edirik ki, bu dialoq nəticəli olsun. Bizim üçün əsas komandanın birliyidir və buna görə də əsas məqsədimiz komandanın birliyinin güclənməsidir”, –  Parlament çoxluğunun lideri bəyan etdi.

Parlament çoxluğunun iclası bir neçə gün bundan əvvəl keçirilməli idi, lakin təxirə salındı.