Aralıq Dənizində 26 nigeriyalı qızın cəsədini tapdılar
Aralıq Dənizində 26 nigeriyalı qızın cəsədini tapdılar

İtaliyalı hüquqmühafizəçilər Aralıq Dənizində  miqrantlarla dolu gəmidə, 26 nigeriyalı qızın cəsədini tapdılar. Versiyaların birinə görə, qızlar üzərində öncə cinsi zorakliq törədilib, sonra isə qətlə yetiriliblər. Həlak olanların əksəriyyəti 14-dən 18 yaşınadəkdir.

Hüquqmühafizəçilər gəmidə olan 375 insanın xilas edilməsini bacardılar. Onlar əsasən Nigeriya, Seneqal, Qana, Sudan və Qambiyadan qaçıblar.

İtaliyanın Salerno liman şəhərində bu işlə əlaqədar artıq beş miqrant yaxalanıb.