Angela Merkelin Gürcüstana səfəri avqustun 23-24-ü üçün planlaşdırılıb
Angela Merkelin Gürcüstana səfəri avqustun 23-24-ü üçün planlaşdırılıb

Almaniyanın kansleri Angela Merkelin Gürcüstana səfəri ehtimala görə, avqustun 23-24-də baş tutacaq.

Gürcüstanın Xarici İşlər Nazirliyində bəyan edirlər ki, Almaniya kanslerinin Gürcüstana səfərinin dəqiq tarixini Almaniya Səfirliyi dəqiqləşdirir.

Gürcüstanın Xarici İşlər Naziri David Zalkanianinin dediyinə görə, Almaniya kanslerinin səfəri çox önəmlidir.

Nazirin dediyinə görə, Gürcüstanla bərabər, Merkel Qafqaz regionunun digər ölkələrini də ziyarət edəcək.

Angela Merkelin daha öncəki səfəri on il bundan öncə baş tutmuşdu.

Xarici İşlər Nazirliyinin bəyanatına görə, ölkə qarşısında duran ciddi çağırışlar fonunda, Merkelin Gürcüstana səfəri həqiqətən də böyük dəstəkdir və çox böyük əhəmiyyəti var.