"Anaklia beynəlxalq korporasiyalar üçün regional hab olacaq"
"Anaklia beynəlxalq korporasiyalar üçün regional hab olacaq"

Tbilisi “İpək Yolu” Forumunda Anaklia şəhərinin və xüsusi iqtisadi zona layihəsinin təqdimatından sonra, “Anaklia Siti”-nin icraçı direktoru Keti Boçorişvili, layihənin əhəmiyyəti və nəticəsi haqqında danışdı.

Boçorişvilinin dediyinə görə, Anaklia xüsusi ilə, rəqabət qabiliyyətli olacaq və eko-şəhər prinsipləri ilə rəhbərlik edəcək.

“İlk öncə 400 hektarlıq ərazidə yerləşəcəyik, son nəticədə isə, 2 000 hektarda. Anakliya İndustriya zonası həmçinin, onunla fərqlənir ki, o yaşıl iqtisadiyyat prinsipi və eko-şəhər konsepsiyası ilə fəaliyyət göstərəcək. Anaklia beynəlxalq multi-milli şirkətlərin və korporasiyaların qapısı olacaq, çünki o, ən yaxşı infrastruktira limanına sahib olacaq. Limanın inşaatı 2021-ci ilin sonunda başlayacaq. Anaklia unikal bir yerdir və beynəlxalq şirkətlər ondan regional distribusiya habı kimi istifadə edəcəklər” – dedi Zaza Paçulia.