Almaniyadan, Fransadan, Avstriyadan və İspaniyadan gələn vətəndaşlar üçün də Gürcüstana gəlmə qaydaları sərtləşdiriləcək
Almaniyadan, Fransadan, Avstriyadan və İspaniyadan gələn vətəndaşlar üçün də Gürcüstana gəlmə qaydaları sərtləşdiriləcək

Gürcüstana daxil olma qaydaları yenə bir neçə ölkənin vətəndaşları üçün sərtləşdiriləcək.

Gürcüstanın baş nazirinin bu günki hökümət iclasında dediyinə görə, bu ölkələr Almaniya, Fransa, Avstriya və İspaniyadır.

Qeyd olunan ölkələrdən gələn Gürcüstan vətəndaşları 14 günlük karantin müddətindən keçməli olacaqlar. Xarici ölkə vətəndaşları isə, sağlıq barədə sənəd təqdim etməlidirlər və yaxud onlar da karantindən keçməlidirlər.

Baş nazir qeyd etdi ki, bu vaxt üçün sərt qaydalar sadəcə Çindən, Cənubi Koreyadan və İtaliyadan gələn vətəndaşlara aiddir.