Almaniyada son 24 saat ərzində koronavirusun 814 yeni halı aşkar edildi
Almaniyada son 24 saat ərzində koronavirusun 814 yeni halı aşkar edildi

Almaniyada koronavirusun təsdiq olunmuş hallarının sayı 814 ilə artdı. Virus nəticəsində ölüm halı qeydə alınmayıb.

Məlumatı “Qardian” Robert Kox İnstitutuna istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər Almaniyada virus 250 799 insanda təsdiq olunub, 9 325 pasiyent vəfat edib.