Almaniyada koronavirusun 1 576 yeni halı qeydə alındı
Almaniyada koronavirusun 1 576 yeni halı qeydə alındı

Almaniyada koronavirusun 1 576 yeni halı qeydə alındı. Bu isə, ötən günün göstəricisindən 300 hal ilə artıqdır.

Məlumatı “Qardian” Robert Kox İnstitutuna istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər Almaniyada virus 237 853 insanda təsdiq olunub, 9 280 pasiyent vəfat edib, 210 600 insan müalicə olunaraq sağalıb.