Almaniyada koronavirusa son bir gün ərzində 3 677 insan yoluxdu
Almaniyada koronavirusa son bir gün ərzində 3 677 insan yoluxdu

Almaniyada koronavirusa son bir gün ərzində 3 677 insan yoluxdu. Bu barədə məlumatı Robert Kox adına İnfeksiya Xəstəlikləri İnstitutu yayır.

“Doyçe Velle” nəşri yazır ki, yoluxma halları 5 aprel ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb, çünki keçən həftənin sonu koronavirusa yoluxmanın 5 936 halı təsdiq olundu.

Almaniya mediasının məlumatına görə, ölkədə yeni koronavirusa yoluxma halları artıq dördüncü gündür azalır.