Aksiya iştirakçıları və müxalifətin liderləri polisdən tələb edirlər ki, Parlamentin girişinə yaxınlaşmağa imkan versinlər
Aksiya iştirakçıları və müxalifətin liderləri polisdən tələb edirlər ki, Parlamentin girişinə yaxınlaşmağa imkan versinlər

Gürcüstan Parlamenti qarşısında olan aksiya iştirakçıları və müxalifətin liderləri polisdən tələb edirlər ki, Parlamentin girişinə yaxınlaşmağa imkan versinlər.

Aksiya iştirakçıları Çitadze və Çiçinadze küçəsindədirlər. Müxalifət liderləri də oradadırlar. Polis onlara bir yerdən başqa yerə getməyə imkan vermir.

DİN-in rəsmi göstəricilərinə görə, Parlament qarşısında aksiyada 28 nəfər yaxalandı, üç nəfər xəsarət aldı.

DİN tərəfindən yayılan bəyanata əsasən, Daxili İşlər Nazirliyi Patrul Polisi Departamenti və yerli özünidarəetmənin nümayəndələri aksiya iştirakçılarına və təşkilatçılarına xəbərdarlıq verdilər ki, süni şəkildə yaradılmış baryerləri aradan qaldırsınlar.