Acarıstanda yoxlanılan 433 nəfərin koronavirusu təsdiqlənmədi
Acarıstanda yoxlanılan 433 nəfərin koronavirusu təsdiqlənmədi

Acarıstan Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 433 nəfərə koronavirus testi keçirildi.

Yoxlanılanların heç birində virus aşkarlanmadı.

Acarıstan respirator klinikasına yenə 42 nəfər yerləşdirilib, onların test cavabları bugün bəlli olacaq.

Bununla yanaşı, “Medalfa” klinikasında iki nəfər müalicə olmağa davamedir.

Acarıstanda PCR testi ümumilikdə, 22 301 nəfərə keçirildi.

Karantin zonasında 1516 vətəndaş qalır.

İzolyasiya rejimini isə, 9246 nəfər keçib.