Acarada son 24 saat ərzində koronavirusun 12 yeni halı aşkar edildi
Acarada son 24 saat ərzində koronavirusun 12 yeni halı aşkar edildi

Acarada son 24 saat ərzində koronavirusun 12 yeni halı aşkar edildi.

Acara İctimai Sağlamlıq Mərkəzinin rəhbəri, Rusudan Şavişvili bəyan etdi ki, təsdiq olunmuş hallardan biri Dona klasteri ilə kontaktdır və üçü elə həmin klasterlə əlaqədardır.

“Başqa hallar poliklinika və bulvarda, həmçinin qızdırma mərkəzində aşkar edilib. Onlar özləri gediblər və yoluxmanın ilk mənbəsi məlum deyil. Epid araşdırma aparılır”, – Rusudan Şavişvili bəyan etdi.

Acara televiziyasına gəldikdə, burada yoxlama tam olaraq başa çatmayıb.