Acarada koronavirusun dörd yeni halı aşkar edildi
Acarada koronavirusun dörd yeni halı aşkar edildi

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, Acarada son 24 saat ərzində koronavirusun dörd yeni halı aşkar edildi, 22 pasiyent müalicə olunaraq sağaldı. İdarənin məlumatına görə, sağalanaların sayı 35 740-a çatdı.

Acara Səhiyyə Nazirliyinin məlumatına görə, müalicə mərhələsində olan pasiyentlərdən üçünün vəziyyəti kritikdir. Cəmi klinikada 111, kovid-mehmanxanada 14 və onlayn klinikada 78 pasiyent müalicə olunur.

Acarada son 24 saat ərzində koronavirusdan müalicə olunan 11 pasiyent klinikanı tərk etdi.

Şərh yaz