ABŞ Ordusunun Avropa Komandanlığı Gürcüstanda keçirilən hərbi təlimin videomaterialını yayır
ABŞ Ordusunun Avropa Komandanlığı Gürcüstanda keçirilən hərbi təlimin videomaterialını yayır

ABŞ Ordusunun Avropa Komandanlığı “tvitter” sosial şəbəkəsində Gürcüstanda keçirilən hərbi təlimin – Agile spirit 2019-un videomaterialını yayır.

Kadrlarda görünür ki, Vaziani hərbi bazasında keçirilən təlimdə hərbiçilər müxtəlif Amerika döyüş silahı ilə birlikdə, “Cavelin” raket kompleksindən istifdə edirlər.

ABŞ Dövlət Departamenti Gürcüstan üçün 75 milyonluq raketə qarşı komplekslərin verilməsi qərarını 2017-ci ildə qəbul etdi.

“Agile spirit 2019” əvvəlki illərlə müqayisədə, bu il ən miqyaslıdır. Bu ilki təlim üç yerdə – Senakidə, Orfolo və Vaziani poliqonunda keçirilir. Bu ilki təlimin məqsədi iştirakçı ölkələrin opertiv imkanlarının təkmilləşdirilməsi və gücləndirilməsi, Qara Dəniz bölgəsində sabit və təhlükəsiz mühitin qorunub saxlanılmasıdır.

Təlimə 14 ölkə qatılıbdır: Gürcüstan, ABŞ, Böyük Britaniya, Latviya, Litva, Polşa, Norveç, Belçika, Bolqarıstan, Yunanıstan, Monteneqro, Rumıniya, Türkiyə və Ukrayna.

“Agile spirit 2019” iyulun 27-də başladı və təntənəli şəkildə avqustun 9-da bağlanacaq.