ABŞ Konqressinin ikipartiyalı qərarı
ABŞ Konqressinin ikipartiyalı qərarı

ABŞ Konqressinin nümayəndələr palatası ikipartiyalı qərar qəbul etdi. Qərara əsasən onlar Donald Trampı Suriyadan əsgərlərin çıxarılması haqqında qərarına yenidən baxmasına çağırırlar.

Müvafiq sənədə 354 konqressmen səs verdi, əleyhinə isə, 60 qanunverici çıxdı.

İkipartiyalı qətnamədə konqressmenlər Trampın Suriyanın şimal-şərqindən silahlı bölmələrinin çıxarılması barəsində qərarını pisləyirlər.

Bununla yanaşı, sənədin müəllifləri Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğanı bölgədə birtərəfli hərbi əməliyyatın dayandırılmasına doğru çağırırlar.