ABŞ-ın vitse-prezidenti - Türkiyə NATO-nun üzvü olaraq, qalmaq istəyib-istəmədiyi haqqında qərar verməlidir
ABŞ-ın vitse-prezidenti - Türkiyə NATO-nun üzvü olaraq, qalmaq istəyib-istəmədiyi haqqında qərar verməlidir

“Türkiyə NATO-nun önəmli üzvü olaraq, qalmaq istəyib-istəmədiyi haqqında artıq qərar veməlidir”, – bu bəyanatı ABŞ-ın vitse-prezidenti Maik Pens verdi.

NATO-nun 70 illik yubileyinə həsr olunna tədbirdə çıxış edərkən, Pens Ankaraya müraciət etdi ki, Rusiyadan “Es-400” raket komplekslərini almaqdan imtina etsin.

“Türkiyə öz məsuliyyətsiz qərarları ilə, partnyorlarını təhlükəyə ataraq, alyansın altını mı eşir, yoxsa, NATO-nun önəmli üzvü olaraq, qalmaq mı istəyir, artıq qərar versin” – dedi Maik Pens.

Onun dediyinə görə, əgər Türkiyə qeyd olunan raket texnikasını Rusiyadan almaqdan imtina etməzsə, Vaşinqton Ankaraya “EF-35” qırıcı təyyarələrini verməyəcək.

Pensin tənqidli çıxışına Türkiyənin vitse-prezidenti cavab verdi.

Fuat Oktay “Tvitter” hesabında yazıb ki, “ABŞ özü qərar versin, Türkiyənin müttəfiqi olaraq mı qalır, yoxsa terorçularla birləşərək, NATO-daki önəmli üzvü üçün təhlükə mi yaradır”.

Fuat Oktay Suriyədəki kürt birləşmələrini nəzərdə tutur, hansılarını ABŞ “İslam Dövləti” qruplaşması ilə mübarizədə müttəfiq hesab edir. Ankara isə, Suriyədəki kürt döyüşçülərini “Kürt Fəhlə Partiyası” PKK-nın müttəfiqi hesab edir.

Şərh yaz