ABŞ hökuməti tərəfindən hədiyyə olaraq verilən "fayzerin" yarım milyon dozası Gürcüstana gəldi
ABŞ hökuməti tərəfindən hədiyyə olaraq verilən "fayzerin" yarım milyon dozası Gürcüstana gəldi

ABŞ hökuməti tərəfindən hədiyyə olaraq verilən “fayzerin” yarım milyon dozası Gürcüstana gəldi.

Vaksinlə yüklənmiş təyyarə Tbilisi Beynəlxalq Aeroportuna gecə endi.

“Fayzerin” yarım milyon dozasının gəlməsi ilə bağlı aeroportda tədbirdə baş nazir İrakli Ğaribaşvili, Səhiyyə naziri Ekaterine Tİkaradze və ABŞ səfiri Kelli Deqnan iştirak etdilər.

ABŞ-ın Gürcüstandakı Səfirliyində açıqlayırlar ki, bu ABŞ hökumətinin Bayden-Harris administrasiyasının vaksinin qlobal bölüşdürülməsi təşəbbüsü çərçivəsində gürcü xalqına hədiyyəsidir.

Xatırladaq ki, Amerika hökumətinin və bilavasitə prezident Baydenin qərarı ilə, Gürcüstana bir neçə yüz min doza”fayzer” vaksinin Gürcüstana hədiyyə olaraq verilməsi barəsində, baş nazir 2 iyulda keçirilən brifinqdə bəyan etdi.