ABŞ Dövlət Katibinin yardımçısı Gürcüstana gələcək.
Bu barədə məlumatı Dövlət Departamenti yayır.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Ues Mitçel Gürcüstanda gələn həftə gələcək.
“Mitçel Brüsseldə NATO-nun Xarici İşlər Nazirlərinin görüşündən sonra, Tbilisiyə gedəcək, harda NATO-Gürcüstan forumunda nitqlə çıxış edəcək və Gürcüstan iqtidarının nümayəndələri və həmçinin, ictimaiyyətin nümayəndələri ilə görüşəcək. Mitçel həmçinin, ABŞ-ın Ticarət Palatasının üzvləri ilə də görüşəcək və Gürcüstanın Avro-Atlantik inteqrasiyası prosesinə dəstəyini bildirəcək” – deyilir ABŞ Dövlət Departamentinin bəyanatında.
Mitçelin Tbilisiyə gəlməsinin dəqiq günü və saatı hələlik konkretləşdirilməyib.
Bunula yanaşı, məlumdur ki, Gürcüstandan sonra, Mitçel Ukraynaya gedəcək.
Amerikalı diplomatı Kiyevdə mayın 1-3-də gözləyirlər.