ABŞ Dövlət Departamenti - Məhkəmə islahatlarının dördüncü dalğası ilə nail olunan tərəqqiyə yüksək qiymət veririk və seçki islahatı ilə bağlı dialoqu dəstəkləyirik
ABŞ Dövlət Departamenti - Məhkəmə islahatlarının dördüncü dalğası ilə nail olunan tərəqqiyə yüksək qiymət veririk və seçki islahatı ilə bağlı dialoqu dəstəkləyirik

ABŞ olaraq, Gürcüstandaki məhkəmə islahatlarının dördüncü dalğası ilə nail olunan tərəqqiyə yüksək qiymət veririk və seçki islahatı ilə bağlı iqtidar və müxalifət arasında dialoqu dəstəkləyirik, – bu barədə ABŞ Dövlət Departamentinin, Gürcüstanın demokratik mühiti ilə bağlı bəyanatında deyilir.

“Biz Gürcüstan iqtidarına müraciət edirik ki, demokratik prinsiplərə, individual azadlığa və qanunun aliliyinə qarşı olan öhdəliklərini daha da gücləndirsin və prokurorluq sisteminin tamamən müstəqil olmasını təmin etsin.

Birləşmiş Ştatlar isə, öz strateji partnyoru olan Gürcüstanla əməkdaşlığına davam edəcək” – deyilir ABŞ Dövlət Departamentini bəyanatında.